"Təbii ki, bura oynamağa gəlmişdik. Oyunçuların hamısına şans vermək istəyirdik. Bizim üçün "Lokomotiv" kimi komandalarla oynamaq daha yaxşıdır. Bu gün meydana həm əvəzedici heyətin, həm də U-19 komandasının futbolçuları çıxdı".
Qol.Az-ın Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsində bu sözləri "Qəbələ"nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Luis Araqon "Lokomotiv"lə baş tutan görüşdən sonra deyib.
İspaniyalı mütəxəssis rəqibin fiziki cəhətdən daha üstün olduğunu bildirib: "Rəqibin fiziki cəhətdən bizdən üstün olmasına baxmayaraq layiqli mübarizə aparmağa çalışdıq. Futbolçular əllərindən gələni etdilər. Oyundan məmnun qaldıq. Hazırda heyətdə U-17 komandasından 4 futbolçu var. Əksəriyyət isə 19 yaşlı futbolçulardır. Bəli, rəqib fiziki cəhətdən bizdən üstün idi. Akademiyadan götürdüyümüz futbolçular çox gəncdir. Artıq onlar da yavaş-yavaş komandaya uyğunlaşmağa başlayıb".
"Əvvəldən xəbər verildiyi kimi biz bu gün Cənubi Koreya klubu "Sansey" komandası ilə qarşılaşmalı idik. Lakin təşkilatçılıq baxımından bu alınmadı. Həm də "Sansey" klubu Koreyanın yüksək liqasında çıxış etdiyindən onlara qarşı oynamaq çətin olardı. Digər rəqiblərə gəlincə iki gün sonra Kuveytin ya 21, ya da 23 yaşlılardan ibarət yığması ilə qarşılaşacağıq. O da çətin görüş olacaq. Yanvarın 25-nə "Şaxtyor" (Donetsk, Ukrayna) klubu ilə oyunumuz nəzərdə tutulub" - deyə Araqon bildirib.
“Beşiktaş”a keçə bilər
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər
Qvardiola “Barselona”ya qayıtmayacaq
“Ayxan müəllim bizə bu barədə məlumat vermişdi”
Rafa Mirin həbs cəzası azaldıldı
Ronaldo: "Getdiyim hər yerdə əsl qatillər var idi"
Krivotsyukun komandasından məğlubiyyət
“Neftçi”nin legioneri: “Qış çempionluğu hədəfimizdir”