Türkiyəli jurnalistlər "Neftçi"nin düşərgəsində

Türkiyəli jurnalistlər "Neftçi"nin düşərgəsində
XƏBƏR 15 Yanvar 2014 / 12:58 2086
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” qardaş ölkədə diqqət mərkəzinə düşüb.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, “TRT-Haber” kanalının jurnalistləri klubun məskunlaşdığı oteldə olublar. Onlar yanvarın 18-də “Fənərbaxça” ilə Antalyanın “Mardan” stadionunda keçirəcəyi yoldaşlıq görüşü ərəfəsində komanda haqqında reportaj hazırlayıb və baş məşqçi Böyükağa Hacıyevdən müsahibə götürüblər.


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu