"Barselona" Pike ilə razılığa gəldi

"Barselona" Pike ilə razılığa gəldi
XƏBƏR 14 Yanvar 2014 / 20:31 2200
-  A +

"Barselona"nın futbolçusu Jerard Pike ilə müqaviləni yeniləmək barədə razılığa gəlib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, 26 yaşlı oyunçu İngiltərədən gələn təklifləri rədd edərək Kataloniya klubunda qalmağa qərar verib. İspan müdafiəçinin "Barsa" ilə sözləşməni 2018-ci ilə qədər uzadacağı bildirilib. Müqaviləyə əsasən Pike Kataloniya klubunda illik 7 milyon avro qazanacaq.

Qeyd edək ki, Pike müqaviləni rəsmən imzalayacağı təqdirdə, indiyə kimi ən çox maaş alan müdafiəçi olacaq.


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner