"Qarabağ" hazırlıqlarını davam etdirir (FOTOLAR)

"Qarabağ" hazırlıqlarını davam etdirir (FOTOLAR)
XƏBƏR 14 Yanvar 2014 / 15:06 1654
-  A +

"Qarabağ" klubu Antalyada təlim məşq-toplanışını davam etdirir.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlığın cari günündə tək çalışma vardı.

"Qarabağ" ənənəvi olaraq səhər məşqinə yerli vaxtla 11:00-da yollanıb. Məşq 1 saat 40 dəqiqə davam edib. Öncə yüngül qaçışın ardından komanda 3-lü qrupda "kvadrat" oynayıb.

Ardınca isə fiziki hazırlıq üzərində qurulmuş təmrinlər yerinə yetirilib. Məşqinin sonuncu bölümündə isə toplu çalışmalar baş tutub. Dar ərazidə futbol oynanıldıqdan sonra 10 dəqiqəlik qaçışla məşq başa çatıb.

Qeyd edək ki, məşqdə Rəşad Sadıqov və Cumbinyo fizioterapevt nəzarətində çalışıb . Digər braziliyalı Reynaldo da komandadan ayrı məşq edib. Amma Reynaldonun zədəylə bağlı problemi yoxdu. Baş məşqçi Qurban Qurbanovun icazəsiylə ölkəsindən 2 gün gec dönən forvard sabahdan kollektiv çalışmalarda iştirak edəcək. Sabaha "Qarabağ"ın 2 məşqi nəzərdə tutulub.






































Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq