Riberi mətbuat konfransında iştirak etmədi

Riberi mətbuat konfransında iştirak etmədi
XƏBƏR 14 Yanvar 2014 / 14:57 2164
-  A +

"Bavariya"nın futbolçusu Frank Riberi "Qızıl top"un mükafatlandırma mərasimindən sonra keçirilən mətbuat konfransında iştirak etməyib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, tədbirə böyük ümidlərlə qatılan fransız yarımmüdafiəçi mərasimin sonunda təəssüflənib.

"Qızıl top"u qazanacağına inanan Riberinin həyat yoldaşı belə evlərində bu mükafat üçün yeri çoxdan hazırladıqlarını bildirmişdi. Ancaq səsvermənin nəticəsinə uyğun olaraq Ronaldo "Qızıl top"un sahibi olub.

Bunun ardından isə Riberi mətbuat konfransına qatılmayaraq birbaşa Münhenə qayıdıb.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq