Berti Foqts və Rəşad Sadıqovun "Qızıl top" seçimi

Berti Foqts və Rəşad Sadıqovun "Qızıl top" seçimi
XƏBƏR 14 Yanvar 2014 / 13:37 3225
-  A +

2013-cü ilin ən yaxşı futbolçusunu müəyyən etmək üçün keçirilmiş səsvermənin təfərrüatı fifa.com saytında açıqlanıb.

Qol.Az-ın məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts ilk səsini  Kriştiano Ronaldoya (Portuqaliya, “Real” Madrid), ikinci səsini Filipp Lama (Almaniya, “Bavariya”, Almaniya),  üçüncü səsini isə Robert Levandovskiyə (Polşa, “Borussiya” Dortmund) verib.
 
Yığmamızın kapitanı Rəşad Sadıqov isə 2013-cü ilin ən yaxşı futbolçu olaraq F.Riberini (Fransa, “Bavariya") görüb. O, ikinci seçimini Kriştiano Ronaldo (Portuqaliya, “Real” Madrid), sonuncu seçiminə isə Zlatan İbrahimoviçə (İsveç, PSJ, Fransa) tərəf edib.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq