Mustafa Dənizli: "Xəzər Lənkəran"a getməyimin səbəbi..."

Mustafa Dənizli: "Xəzər Lənkəran"a getməyimin səbəbi..."
XƏBƏR 14 Yanvar 2014 / 11:33 3767
-  A +

"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Türkiyə mətbuatına növbəti dəfə Azərbaycanda işləməsinin səbəbləri və ölkəsinin futbolu haqda danışıb.

Qol.Az-ın məlumatına görə, türkiyəli mütəxəssis "Hürriyət" qəzetinə açıqlamasında başqa ölkələrdə də çalışmaq istədiyi üçün Lənkəran təmsilçisini seçdiyini deyib:

"Bəli, "Qalatasaray"ın təklifini rədd etdim və "Xəzər Lənkəran"a getdim. Çünki o gün belə olmasını istəyirdim. Başqa klublarda işləməyimin mənə yaxşı mənada təsir göstərəcəyini düşündüyüm üçün belə bir qərar verdim.  "Qalatasaray" mənim özümü tanıtdığım yerdir. Sadəcə o gün fikrim belə idi".

Türkiyə futbolu barədə də düşüncələrini açıqlayan M.Dənizli futbolda birinci növbədə özünəinama ehtiyacın olduğunu deyib: "Əvvəlcə inamın olması vacibdir. İkincisi futbol bir yarışmadır. Burada iddialı olmaq lazımdır. Ancaq Türkiyədə azarkeşləri həyəcanlandıracaq heç nə edilmir".


Son xəbərlər
23.07.26  12:38

Avropada 10-cu qol

topaz banner