İbrahimoviç: "Belə qolu daha heç kim vurmayacaq"

İbrahimoviç: "Belə qolu daha heç kim vurmayacaq"
XƏBƏR 14 Yanvar 2014 / 11:28 2657
-  A +

2013-cü ilin ən yaxşı qolunun müəllifi olan PSJ-nin futbolçusu Zlatan İbrahimoviç "Ferens Puşkaş" mükafatını qazanmasına münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, FİFA-nın rəsmi saytına danışan isveçli futbolçu bu günü heç zaman unutmayacağını deyib: 

"2013-cü ilin ən yaxşı qolunun müəllifi olduğum üçün çox şadam. Mənə səs verən hər kəsə təşəkkür edirəm. Təbii ki, evə iki mükafatla yollanmaq daha əla olardı. Lakin yenə də xoşbəxtəm. Vurduğum qola gəlincə bu elə də asan olmadı. Bu günü ömrümün sonuna kimi xatırlayacam. Ümid edirəm ki, belə qolu daha heç kim vurmayacaq".


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner