Vüqar Həşimovun cənazəsi Bakıya yola salındı (FOTO)

Vüqar Həşimovun cənazəsi Bakıya yola salındı (FOTO)
XƏBƏR 14 Yanvar 2014 / 00:13 2748
-  A +

Almaniyada dünyasını dəyişən tanınmış şahmatçı Vüqar Həşimovun cənazəsi Almaniyanın Frankfurt şəhərindən Bakıya yola salınıb. Musavat.com-a bu barədə məlumatı Almaniyada yaşayan soydaşımız Fərrux Məmmədov verib. Xüsusi reyslə yola salınan cənazə səhərə yaxın Bakıda olmalıdır.

Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeyster Vüqar Həşimovla vida mərasimi bu gün olacaq. Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Respublika Şahmat Mərkəzində baş tutacaq tədbir saat 11:00-da başlayacaq.
 
Üç saat davam edəcək vida mərasimindən sonra cənazə götürülərək, torpağa tapşırılmaq üçün 3-cü Fəxri Xiyabana aparılacaq. Bunun ardından Təzəpir məscidində ehsan veriləcək.
 


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner