Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan şahmatçısı Vüqar Həşimovun ailəsinə başsağlığı verib. AzərTAc-ın məlumatına görə, dövlət başçısı şahmatçının atasına ünvanladığı məktubda V.Həşimovun vaxtsız vəfatından son dərəcə kədərləndiyini bildirib:
“Hörmətli Qasım Həşimov,
Oğlunuz, görkəmli Azərbaycan şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu, qrossmeyster Vüqar Həşimovun vaxtsız vəfatından son dərəcə kədərləndim. Vüqar Həşimovun Azərbaycan idmanı qarşısındakı xidmətləri əvəzsizdir. O, Azərbaycan şahmat məktəbinin inkişafına misilsiz töhfələr verib, öz parlaq qələbələri ilə ölkəmizin adını daim yüksəklərə qaldırıb.
Azərbaycan xalqı, idman ictimaiyyətimiz dünyanın ən güclü şahmatçılarından biri olan istedadlı idmançımız ilə fəxr edir, ondan hələ çox qələbələr, yeni-yeni zirvələr gözləyirdi.
Amansız tale Vüqar Həşimovu istedadının ən çiçəklənən bir vaxtında çox erkən aramızdan apardı. Lakin onun parlaq xatirəsi bizim hamımızın, Azərbaycan xalqının, bütün şahmatsevərlərin qəlbində daim yaşayacaq.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, Aidə xanıma, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.
"İmişli"dən "Şəfa"ya
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı