Foqts Böyükağa Hacıyevlə görüşdü

Foqts Böyükağa Hacıyevlə görüşdü
XƏBƏR 13 Yanvar 2014 / 17:06 1604
-  A +

“Neftçi” klubu hazırlıqlarını Antalyada davam etdirir. 
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın bu gün baş tutmuş səhər məşqini Azərbaycan millisinin baş məşqçisi Berti Foqts da izləyib.
 
Məşqdən sonra klub rəhbərliyi ilə almaniyalı mütəxəssis arasında görüş keçirilib. Görüşdə Berti Foqts “Neftçi”nin yerli futbolçularla bağlı strategiyasını alqışladığını bildirib.
 
Gənc futbolçulara şans verilməsini yüksək qiymətləndirən almaniyalı məşqçi gəncləşdirmə siyasətinin yaxın gələcəkdə milli komanda üçün də çox faydalı olacağını qeyd edib. Daha sonra Berti Foqts "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevlə birgə milliyə namizəd futbolçularla bağlı müzakirələr aparıb.

Qeyd edək ki, Berti Foqts “Neftçi”nin yanvarın 15-də “Partizani” (Albaniya), 18-də isə “Fənərbaxça” (Türkiyə) klubları ilə yoldaşlıq oyunlarını izləyəcək.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə