"Torres rahat ola bilər, "Çelsi" hücumçu transfer etməyəcək"

"Torres rahat ola bilər, "Çelsi" hücumçu transfer etməyəcək"
XƏBƏR 13 Yanvar 2014 / 15:02 2039
-  A +

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo komandasının qışda hücumçu transfer etməyəcəyini bildirib.

Qol.Az-ın məlumatına görə, Britaniya mətbuatına danışan portuqaliyalı mütəxəssis hələlik buna ehtiyac duymadıqlarını bildirib:

"Torres rahat ola bilər. Çünki biz qışda hücumçu almağı planlaşdırmırıq. Yayda təbii ki, bütün klublar kimi biz də müəyyən oyunçular alacağıq. Ancaq hələlik Torres bizə kifayət edir. Hər bir komandada istəyirlər ki, qolu məhz hücumçular vursun. Lakin digər futbolçular qol vuranda bu daha gözəl olur. Bununla belə, qol vurmaq hücumçuların işidir".


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə