Qara Qarayev: "Qış fasiləsinə lider kimi yollanmağımız..."

Qara Qarayev: "Qış fasiləsinə lider kimi yollanmağımız..."
XƏBƏR 13 Yanvar 2014 / 14:08 2217
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın müdafiəçisi Qara Qarayev komandanın hazırlığını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, klubun saytına danışan müdafiəçi məşqlərdə var-gücləri ilə çalışdıqlarını deyib:

"Təlim-məşq toplanışı istədiyimiz kimi davam edir. Bütün komanda məşqlərdə var-gücü ilə çalışır. Sevindirici haldır ki, komandada zədəli futbolçu yoxdu. Kapitan Rəşad Sadıqov fərdi də olsa, məşqlərə başlayıb. Bilirik ki, bizi çətin 2-ci yarı gözləyir. Qış fasiləsinə lider kimi yollanmağımız bizə xüsusi heç nə vermir.

Çempionatda ilk pillədə olmağımıza baxmayaraq, qışdan sonra bizə daha çətin olacaq. İlk yarıda iddialı komandalarla görüşlərdə daha yaxşı oyun sərgiləsək də, digər rəqiblərə qarşı matçlarda gözlənilməz xal itkiləri ilə qarşılaşdıq. Artıq rəqiblərimiz bizə qarşı daha yaxşı hazırlaşacaqlar. Ona görə indiki məqamda çempionata yaxşı hazırlaşmağımız çox vacibdir. Hər kəs bunu yaxşı anlayır. Hələ 2 həftə burdayıq. Təlim-məşq toplanışından maksimum yararlanmaq istəyirik".

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə