"Qvardiola "Bavariya"ya tez uyğunlaşdı"

"Qvardiola "Bavariya"ya tez uyğunlaşdı"
XƏBƏR 13 Yanvar 2014 / 12:41 1502
-  A +

"Tottenhem"in sabiq çalışdırıcısı Andre Villaş Boaş "Bavariya"nın çalışdırıcısı Pep Qvardiola haqda müsbət fikirlər səsləndirib.

Qol.Az-ın məlumatına görə, "TZ"ə danışan portuqaliyalı mütəxəssis Qvardiolanın dünyanın ən yaxşı baş məşqçisi olduğunu deyib:

"Qvardiola böyük uğurlar əldə etmiş çalışdırıcıdır. O, dünyanın ən yaxşı baş məşqçisidir. Pep "Bavariya"ya çox tez uyğunlaşdı və burada da özünü yaxşı cəhətdən göstərməyə davam edir".

Qeyd edək ki, A.Villaş-Boaşın bundesliqa klublarından olan "Şalke"ni çalışdıracağı gözlənilir.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə