"Qalatasaray" "Real"ın futbolçusunu istəyir

"Qalatasaray" "Real"ın futbolçusunu istəyir
XƏBƏR 12 Yanvar 2014 / 00:01 3983
-  A +

"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Anxel Di Mariyaya təkliflər gəlməkdə davam edir.

Qol.Az-ın "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin "Qalatasaray" klubu da argentinalı futbolçunun xidmətində maraqlıdır.

İstanbul təmsilçisinin prezidenti Ünal Aysal transferlə bağlı "Real"lı həmkarı Florentina Perezlə görüşəcək. Tərəflər arasında razılıq əldə olunarsa, Di Mariya ikinci dövrədən etibarən "Qalatasaray"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Di Mariya ilə "Qalatasaray"la yanaşı, "Monako" və "Çelsi" klubları da yaxından maraqlanır.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner