"Atletiko" braziliyalı futbolçusunu icarəyə verdi

"Atletiko" braziliyalı futbolçusunu icarəyə verdi
XƏBƏR 11 Yanvar 2014 / 20:27 2785
-  A +

Atletiko"dan bu il ayrılan ilk futbolçunun adı məlum olub.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə,  Madrid klubu oyunçusu Leo Baptistanı "Betis"ə icarəyə verib. Razılığa əsasən braziliyalı hücumçu mövsümün sonuna qədər "Betis"də oynayacaq.

Qeyd edək ki, ötən mövsüm "Rayo Vallekano"dan "Atletiko"ya transfer olan Baptistan cari mövsümə yaxşı başlasa da, sonradan zədələnmişdi. Bu səbəbdən komandanın baş məşqçisi Dieqo Simeone ona matçlarda şans verməmişdi.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner