Foqts "Qarabağ"ın məşqini izlədi

Foqts "Qarabağ"ın məşqini izlədi
XƏBƏR 11 Yanvar 2014 / 15:36 1784
-  A +

"Qarabağ" klubu Antalyada təlim-məşq toplanışını davam etdirir.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın hazırlığının bu günündə tək məşq var idi.

Ardıcıl 3 günü 2 məşqlə keçirən komanda yeganə çalışmaya yerli vaxtla 11:00-da yollanıb. Komandanın çalışması 1 saat 40 dəqiqə davam edib. İsinmə hərəkətlərinin ardından "kvadrat" oynayan futbolçular ardınca fiziki hazırlığa əsaslanan, meydanboyu maneələri dəf edərək qapılara zərbə üzərində çalışıblar.
 
Sonra isə 2 qrupa bölünən Qurban Qurbanovun futbolçuları top saxlama üzərinə qurulmuş çalışma yerinə yetiriblər. Çalışmada dünənki məşqdə zədələnmiş Muarem Muarem və əməliyyatdan sonra bərpa prosesi keçən Rəşad Sadıqov fizioterapevt nəzarətində çalışıblar.

"Qarabağ"ın məşqini milli komandanın çalışdırıcısı Berti Foqts da izləyib. Sabaha "Qarabağ"ın 2 məşqi nəzərdə tutulub.

Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner