Mançini: "Niyə istefa verim ki?"

Mançini: "Niyə istefa verim ki?"
XƏBƏR 10 Yanvar 2014 / 19:46 2564
-  A +

"Qalatasaray"ın baş məşqçisi Roberto Mançinin İstanbul klubun ayrılacağı ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu xəbərləri təkzib edən təcrübəli mütəxəssis "Cim-bom"dan getməsi üçün heç bir səbəbin olmadığını deyib:

"Niyə istefa verim ki? Klub prezidenti ilə danışmışam, mənə transferlər edəcəklərini söyləyiblər. Mən də istədiyim futbolçuların komadaya gətiriləcəyinə inanıram".

Qeyd edək ki, Mançinin "Qalatasaray"da xoşbəxt olmadığı və "Tottenhem"ə gedəcəyi iddia edilirdi.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner