"Sumqayıt" "Rəvan"la bərabərə qaldı

"Sumqayıt" "Rəvan"la bərabərə qaldı
XƏBƏR 10 Yanvar 2014 / 18:57 1374
-  A +

Topaz Premyer Liqanın üçüncü dövrəsinə hazırlaşan "Sumqayıt" klubu ilk yoxlama oyununu keçirib. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda doğma meydanda "Rəvan"la qarşılaşıb.

Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada hesab açılmayıb.

Qeyd edək ki, "Sumqayıt" klubu növbəti yoxlama oyununu yanvarın 15-də "Araz-Naxçıvan"a qarşı keçirəcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner