Millimizin futbolçusu Ruslan Abışovun çıxış etdiyi “Rubin”in yeni baş məşqçisi Rinat Bilyalettdinov təyinatından sonra ilk açıqlamasını verib. Qol.Az-ın xəbərinə görə, Kazan klubunun internetdəki rəsmi televiziyasına müsahibəsində bu vəzifəyə gətirilməsinin onun üçün gözlənilməz olduğunu, amma bundan qürur duyduğunu deyib.
Sərt məşqçi kimi tanınan R.Bilyaletdinov komandada ikili standartıara yol verməyəcəyini vurğulayıb: “Mən tələbkaram. Heyətdə veteranlar, gənclər və yeni gələn futbolçular olsa da, mənim sevimli futbolçum yoxdur”.
R.Bilyaletdinov R.Abışov da daxil olmaqla bütün futbolçularına xəbərdarlıq edərək bildirib ki, oyunçuların hamısı intizam qaydalarına riayət etməlidir: “Bu, mənim prinsipimdir. Bunsuz uğur ola bilməz. Onlar tələblərimə əməl etməlidirlər. Etməsələr, mövqelərində digər futbolçular çıxış edəcəklər”.
Yeni baş məşqçi “Rubin”in heyətində inqilabi dəyişiklik etməyəcəyini də söyləyib. Onun sözlərinə görə, komandanın hazırkı heyəti onu qane edir: “Onlar bu komandaya təsadüfən gətirilməyib. Bu futbolçularla yolumuza davam edə bilərik”.
Bununla belə, R.Bilyaletdinov heyəti bir daha öyrənəcəyini bildirib və lazım olarsa, yeni futbolçular gətiriləcəyini istisna etməyib.
Oğlu Dinyar Bilyaletdinovun “Rubin”ə mümkün transferi haqda suala isə o, belə cavab verib: “Bura İtaliya və mən də Maldini deyiləm ki, oğlumla bir komandada olum”.
R.Bilyaletdinov “Rubin”in buna qədərki oyun üslubundan köklü şəkildə imtina etməyəcəni deyib. Eyni zamanda, bundan sonra əsasən pressinq futboluna üstünlük verəcəyini qeyd edib.
Rusiya mətbuatına müsahibəsində də baş məşqçi deyib ki, hələlik heç bir futbolçu ilə yolları ayırmaq fikri yoxdur.
“Beşiktaş”a keçə bilər
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər
Qvardiola “Barselona”ya qayıtmayacaq
“Ayxan müəllim bizə bu barədə məlumat vermişdi”
Rafa Mirin həbs cəzası azaldıldı