Del Pyero: "Liverpul"un təklifini rədd etməli oldum"

Del Pyero: "Liverpul"un təklifini rədd etməli oldum"
XƏBƏR 10 Yanvar 2014 / 00:46 2170
-  A +

Karyerasını Avstraliyanın "Sidney" klubunda davam etdirən Alessandro Del Pyero daha öncə "Liverpul"dan təklif aldığını bildirib.

Qol.Az-ın məlumatına görə, "FourFourTwo"a danışan italiyalı futbolçu həmin vaxt "Sidney"ə söz verdiyindən "Liverpul"a keçə bilmədiyini deyib:

"Yuventus"dan ayrıldıqda "Liverpul"dan təklif almışdım. Bu çox cəlbedici təklif idi. Lakin həmin vaxt "Sidney"ə söz vermişdim. Buna görə də "Liverpul"un təklifini rədd etməli oldum. Artıq edə biləcək bir şey yoxdur".

Qeyd edək ki, Del Pyero 2012-ci ildə "Yuventus"dan ayrılaraq "Sidney" klubu müqavilə imzalayıb. 


Son xəbərlər
topaz banner