Roberoto Karlos Cihan Özkaranın getməsini istəmir

Roberoto Karlos Cihan Özkaranın getməsini istəmir
XƏBƏR 9 Yanvar 2014 / 21:43 2173
-  A +

Millimizin üzvü Cihan Özkaranın "Dənizlispor"a transferi baş tutmaya bilər.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Sivas təmsilçisinin prezidenti Məcnun Odyakmaz həmyerlimizlə yanaşı, bir neçə futbolçunun "Dənizlispor"a transferinə müsbət yanaşsa da, baş məşqçi Roberto Karlos bununla bağlı qərar verməkdə gecikmir.

Hazırda komandası ilə Antalyada hazırlıq keçən braziliyalı mütəxəssis ayrılması planlaşdırılan futbolçulara daha bir şans vermək niyyətindədir. R.Karlos yalnız məşqlər  başa çatdıqdan sonra qərarını rəhbərliyə bildirəcək.

Qeyd edək ki, bununla bağlı məlumatı "Dənizlispor"un prezidenti Məhmət Özsoy da təsdiqləyib.

 


Son xəbərlər
topaz banner