Levandovski mühafizəçi tutur

Levandovski  mühafizəçi tutur
XƏBƏR 9 Yanvar 2014 / 21:15 2531
-  A +

"Borussiya"nın futbolçusu Robert Levandovski azarkeşlərdən qorunmaq üçün tədbirlər görməyə başlayıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, polşalı hücumçu "Bavariya" ilə müqavilə imzaladıqdan sonra Dortmund azarkeşləri futbolçuya qarşı narazılıqlarını bildirmişdilər.

Bundan qorxuya düşən Levandovski mühafizəçi tutmağı planlaşdırır. Bunu futbolçunun meneceri də "Bild"ə açıqlamasında təsdiqləyib.

Qeyd edək ki, Levandovski bu ay "Bavariya" ilə beş illik müqavilə imzalayıb.


Son xəbərlər
topaz banner