"Bakı"nın daha bir komandası Lansa gedir

"Bakı"nın daha bir komandası Lansa gedir
XƏBƏR 9 Yanvar 2014 / 19:17 1679
-  A +

"Bakı" klubunun "Lans"la əməkdaşlığı çərçivəsində paytaxt təmsilçisinin U-19 komandası bu gün Fransaya səfər edəcək.

Qol.Az saytına bu barədə klubun direktoru yaşar Seyidov məlumat verib.

Onun sözlərinə görə, Lansa səfər çərçivəsində "Bakı" klubu "Valensian", PSJ, "Lill" və "Lans"ın 19 yaşlı futbolçulardan ibarət komandalarının qatıldığı turnirdə iştirak edəcək.

Qeyd edək ki, bundan əvvəl "Bakı"nın aşağı yaş qrupları üzrə komandası da Lansa səfər etmişdi.


Son xəbərlər
topaz banner