Daha bir ulduz futbolçu "Beşiktaş"ın hədəfində

Daha bir ulduz futbolçu "Beşiktaş"ın hədəfində
XƏBƏR 9 Yanvar 2014 / 18:57 3156
-  A +

"Atletiko Mineyro"nun yarımmüdafiəçisi Ronaldinyonu transfer etməyə yaxın olan Türkiyənin "Beşiktaş" klubu daha bir ulduz futbolçunu heyətinə qata bilər.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi "Milan"ın futbolçusu Robinyonu icarəyə götürməyi planlaşdırır.

"Beşiktaş" klubunun mövsümün sonunda avrokuboklara vəsiqə qazanacağı təqdirdə Robinyonu satın alacağı bildirilir. Lakin braziliyalı futbolçu ilə "Trabzonspor" klubunun da yaxından maraqlanması "qara qartal"ın işini çətinə salıb.

Qeyd edək ki, Robinyo bu mövsüm keçirdiyi 19 oyunda 2 qola imza atıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Son xəbərlər
topaz banner