"Real" Di Mariyanı Xuan Mata ilə dəyişir

"Real" Di Mariyanı Xuan Mata ilə dəyişir
XƏBƏR 9 Yanvar 2014 / 17:54 2818
-  A +

"Real" (Madrid) klubu "Çelsi"nin yarımmüdafiəçisi Xuan Matanı transfer etməkdə israrlıdır.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Madrid klubu bununla bağlı qarşı tərəfə rəsmi təklif göndərib.

"Kral klubu" bu transferə görə 20 milyon avrosundan keçməyə hazırdır. Üstəlik "Real" rəhbərliyi komandanın futbolçusu Anxel Di Mariyanı da "Çelsi"yə verməyi planlaşdırır. Lakin "Çelsi" klubunun bu təklifi necə qarşılayacağı maraqla gözlənilir.

Qeyd edək ki, Mata 2011-ci ildən "Çelsi" klubunun şərəfini qoruyur.

 


Son xəbərlər
topaz banner