PSJ-dən Eden Hazarda 80 milyon avro

PSJ-dən Eden Hazarda 80 milyon avro
XƏBƏR 9 Yanvar 2014 / 17:21 2372
-  A +

Fransanın PSJ klubu "Çelsi"nin yarımmüdafiəçisi Eden Hazardı transfer etməyi planlaşdırır.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, Paris təmsilçisi belçikalı futbolçunun keçidi üçün "Çelsi"yə 80 milyon avro təklif edib.

London klubu bu təklifi qəbul edəcəyi təqdirdə 23 yaşlı futbolçu yeni mövsümdən PSJ-də çıxış edəcək. Lakin Hazardın "Çelsi" klubunda qalacağı da istisna olunmur.

Qeyd edək ki, Hazard bu mövsüm keçirdiyi 20 oyunda 8 qola imza atıb.


Son xəbərlər
topaz banner