Martino: "Meydanda ən yaxşı Fabreqas idi"

Martino: "Meydanda ən yaxşı Fabreqas idi"
XƏBƏR 9 Yanvar 2014 / 16:52 1969
-  A +

"Barselona" klubunun baş məşqçisi Xerardo Martino İspaniya kuboku çərçivəsində dünən "Qetafe" ilə baş tutan görüşdən sonra fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, argentinalı mütəxəssis bu oyunda layiqli qələbə qazandıqlarını bildirib:

"Qetafe" bizə qol vura bilərdi. Ümumiyyətlə bu komanda bizə çətin anlar yaşatdı. Ancaq futbolçularımın əla oyunu sayəsində layiqli qələbə qazandıq. Meydanda ən yaxşı Fabreqas idi. Messiyə gəlincə o artıq sıraya dönüb və özünü yaxşı hiss edir. Onun vurduğu qollar da "Barselona" üçün etdiklərinin nəticəsidir".

Qeyd edək ki, "Barselona" - "Qetafe" oyunu 4:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.


Son xəbərlər
topaz banner