"Qarabağ" test verdi

"Qarabağ" test verdi
XƏBƏR 9 Yanvar 2014 / 16:00 1928
-  A +

Antalyada hazırlıqlarını davam etdirən "Qarabağ"  bu gün səhər çalışmasına yerli vaxtla saat 11:00-da çıxıb.
 
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Qarabağ"ın səhər çalışmasında ənənəvi olaraq laktat testi həyata keçirilib.

Türkiyənin Niğde universitetindən gəlmiş xüsusi qrup futbolçulardan təlim-məşq toplanışının startında ümumi fiziki hazırlığı müəyyənləşdirmək üçün test götürüblər. Emin Süelin başçılıq etdiyi qrup müəyyənləşdirilmiş ərazidə futbolçuların qaçışla nəbzi arasında yaranmış təsbitə əsasən ümumi analitik ölçülər haqqında bilgilər əldə ediblər. "Qarabağ"ın 2-ci məşqi yerli vaxtla 17:00-a təyin olunub. Çalışma fitness salonunda baş tutacaq.

Son xəbərlər
topaz banner