Çerçesov "Rubin"dən imtina etdi

Çerçesov "Rubin"dən imtina etdi
XƏBƏR 9 Yanvar 2014 / 12:13 3265
-  A +

"Amkar"ın baş məşqçisi Stanislav Çerçesov "Rubin" (Kazan) klubunu çalışdırmaqdan imtina edib.

Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 50 yaşlı mütəxəssis Kazan təmsilçisinin baş məşqçi vəzifəsinə əsas namizəd olsa da, Çerçesov "Amkar"da işləməyi üstün tutub.

"Rubin"in baş məşqçi vəzifəsinə digər iki namizəddən biri "Qəbələ"nin hazırkı çalışdırıcısı Yuri Syomindir. Digər namizədin isə ispaniyalı mütəxəssis olduğu bildirilir.

Qeyd edək ki, 2001-ci ildən "Rubin"i çalışdıran Qurban Berdıyev ötən ay istefaya göndərilib.

 


Son xəbərlər
topaz banner