"Beyli maşınımla əzdim, ancaq..."

"Beyli maşınımla əzdim, ancaq..."
XƏBƏR 9 Yanvar 2014 / 10:55 2598
-  A +

"Real" (Madrid) klubunun futbolçusu Alvaro Arbeloa komanda yoldaşı Qaret Beylin zədələnməsinə səbəbkar olduğu ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, İspaniya mətbuatı uelsli yarımmüdafiəçinin məşq zamanı toqquşduğu komanda yoldaşının məhz Arbelo olduğunu yazmışdı.

"Tvitter" hesabından bu iddiaları yalanlayan 30 yaşlı müdafiəçi zarafatcıl cavab verib:

"Reallıq odur ki, onu maşınımla əzdim. Ancaq Beyl çox güclü olduğu üçün hələ də yaşayır".


Son xəbərlər
23.07.26  12:38

Avropada 10-cu qol

topaz banner