Təbrizin "Traktor Sazi" futbol komandasının 25 nəfər azarkeşi tutulub.
Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, kütləvi həbs komandanın baş məşqçisi postunda edilən dəyişikliyə klubun tərəfdarlarının etiraz kampaniyasına başlamasına səbəb olub.
"Traktor Sazi" futbol komandasında Toni Oliveyra baş məşqçi vəzifəsindən azad edilib, yerinə Məcid Cəlali gətirilib. Məcid Cəlali İran İnqilab Keşikçiləri Qvradiyasına yaxın şəxs kimi tanınır. Bundan başqa etirazçılar onu «uğursuz məşqçi» adlandırırlar.
"Traktor Sazi"nin bəzi tərəfdarları komanda rəhbərlərinin, eləcə də Məcid Cəlalinin mobil telefon nömrələrini ictimaiyyət arasında yayaraq, vətəndaşları bu telefonlara ismarıc göndərib, yeni təyinata etiraz bildirməyə çağırıblar. Həbslər də buna görə həyata keçirilib. Tutulanların 19-u Təbrizdən, 6-sı isə Urmiyadandır. Onların saxlandığı yer hələ ki, bilinmir.
Təbrizdə tutulan azarkeşlərin adları: Yaşar Səadəti, Salar Səadəti, Milad Bağban Əhəri, Məhəmmədrza Nuri, Elman Xorsəndi, Ruzbeh Nuhpur, Əli Tacirbaşı, Nasir Çitsaz, Babək Məhəmmədzadə, Əli Əhədzadə, Nəriman Lütfipur, Ehsan Nəsiri, Əli Mehrizad, Əli Mirzadə, Əhəd Nacizadə, Yunis İmani Qaramələki, Əmirəli Paşai, Nadir Məhəmmədi, Möhsün Nadizadə.
Urmiyada tutulan azarkeşlərin adları: Meysəm Heşmətiyani, Əlirza Dindari, İsmayıl Rəsulzadə, Pedram Paşazadə, Hadi Tağızadə, Məhəmməd Purşərif.
Müşahidəçilər hesab edir ki, Tehran hakimiyyəti M.Cəlaini "Traktor Sazi"yə başçı təyin etməklə komandanı və onun tərəfdarlarını qvardiyanın nəzarətində saxlamağa cəhd göstərir.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında