Yığmamızın rəqibi müəyyənləşib

Yığmamızın rəqibi müəyyənləşib
XƏBƏR 8 Yanvar 2014 / 23:04 1747
-  A +

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI beynəlxalq turnirdə 1996-97-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığmasının növbəti rəqibi müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, yığmamız yanvarın 9-da, saat 14:15-də Latviya komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, bu cütün qalibi turniri 13-cü yerdə başa vurmaq uğrunda oyunda iştirak edəcək. Məğlub komanda son oyunda 15-ci yer uğrunda mübarizə aparacaq.


Son xəbərlər
topaz banner