“Qəbələ”nin uzun müddətdir zədəli olan müdafiəçiləri Rail Məlikovla qvineyalı Umar Kalabanenin problemləri həll olunub.
Qol.Az-ın xəbərinə görə, bu barədə komandanın həkim-fizioterapevti Rahim Məhərrəmov klubun saytına bildirib. Onun sözlərinə görə, tam gücü ilə hazırlaşan Kalabanedən fərqli olaraq, Məlikovun hələ ki, topsuz məşqlərdə iştirak etməsi səbəbsiz deyil: “Rail komanda toplu məşqlərdə edən zamanı fərdi proqram üzrə çalışır. İnşallah, bu ayın sonuna kimi tam hazır olacaq. Məlikovun İstanbulda son müayinəsi əla nəticələr verib. O, fiziki baxımdan demək olar tam hazırdır və daha müayinəyə getməyəcək. Sadəcə, toplu məşqlərdə kontakt olacağı üzündən hələ ki qoşulmur”.
R.Məhərrəmov əzələ bağlarından biri qopan müdafiəçi Ürfan Abbasovun da probleminin qalmadığını söyləyib: “O, tam sağalaraq komandanın hazırlığında iştirak edir. Digər gənc müdafiəçimiz Sadiq Quliyev isə əməliyyatdan sonra bərpa prosesi keçir. Fərdi çalışan Sadiq artıq yüngül qaçışlara başlayıb. Quliyev Antalyadakı hazırlığımızın 2-ci mərhələsində komanda məşqlərinə qoşulacaq”.
Həkim-fizioterapevt braziliyalı qapıçı Dieqo Koşta Silvanın əməliyyatdan sonra vətənində bərpa prosesi keçdiyini deyib: “Belə məsləhətləşdik ki, onun reabilitasiyası da Braziliyada keçsin. Dieqo çox güman ki, komandamıza Azərbaycanda qoşulacaq”.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında