“Atletiko” Xuanfranın cəzasını ləğv etdirdi

“Atletiko” Xuanfranın cəzasını ləğv etdirdi
XƏBƏR 8 Yanvar 2014 / 21:24 2077
-  A +

“Atletiko”nun aparıcı futbolçularından olan Xuanfran bu həftə “Barselona”ya qarşı keçiriləcək La Liqanın mərkəzi oyununda iştirak edə biləcək.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubu oyunçusunun “Malaqa” ilə görüşdə aldığı sarı vərəqənin haqsız olduğunu sübuta yetirə bilib.

Qeyd edək ki, həmin oyunda Xuanfran ümumilikdə bu mövsümdə beşinci sarı vərəqəni görüb. Bu səbəbdən o, “Barselona” ilə vacib matçı buraxmalı olacaqdı.

Amma “Land of fire Azerbaijan” formasını geyinən “Atletiko”nun İspaniya Futbol Federasiyasının apelyasiya komitəsinə müraciətindən sonra Xuanfranla bağlı epizoda baxılıb və hakimin səhv qərar verdiyi təsdiq olunub.


Son xəbərlər
topaz banner