Raul Qonzales yenidən "Real"a qayıda bilər

Raul Qonzales yenidən "Real"a qayıda bilər
XƏBƏR 8 Yanvar 2014 / 18:57 3304
-  A +

"Real" (Madrid) klubunun prezidenti Florentino Perez keçmiş futbolçusu Raul Qonzalesi yenidən komandada görmək istəyir.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, ispan hücumçunun Madrid klubunun rəsmi nümayəndələrindən biri olmasını istədiyini deyib.

Bu barədə fikrini ötən mövsüm oyunçuya deyən F.Perez Qətərdə PSJ ilə oyundan sonra yenidən Raulla görüşüb və bununla bağlı təklifini yenidən ona bildirib. Raulun Perezin bu istəyinə necə cavab verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, təcrübəli futbolçu hazırda "Əl Sədd"in şərəfini qoruyur.


Son xəbərlər
topaz banner