"Dünya çempionatı noyabr-yanvar aylarında keçiriləcək"

"Dünya çempionatı noyabr-yanvar aylarında keçiriləcək"
XƏBƏR 8 Yanvar 2014 / 18:00 2064
-  A +

2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının qışda keçirilməsi yenidən gündəmə gəlib.

Qol.Az-ın məlumatına görə, bu barədə "Radio France"a danışan FİFA-nın baş katibi Jerom Valke mundialın noyabr-yanvar aylarında keçirilə biləcəyini deyib:

"Qətərdə təşkil olunacaq dünya çempionatı iyun-iyul aylarında keçirilməyəcək. Səbəb isə həmin aylarda orada hərarətin 50 dərəcəyə yüksəlməsidir. Buna görə də mundialın 15 noyabr-15 yanvar aralığında keçirilməsi daha uyğun görünür. Bu aylarda Qətərdə hava şəraiti futbol oynamaq üçün əlverişli olur".


Son xəbərlər
topaz banner