Nikolaya Adam: "Azlıqda qalmağımız planlarımızı pozdu"

Nikolaya Adam: "Azlıqda qalmağımız planlarımızı pozdu"
XƏBƏR 8 Yanvar 2014 / 16:13 1546
-  A +

“Yaponiya yığmasını qələbə qazanması və qrupda birinci yeri tutması münasibətilə təbrik edirəm. Oyunu şərh etməkdə çətinlik çəkirəm, çünki futbolçumuza göstərilmiş qırmızı vərəqə qarşılaşmanın müqəddəratını həll etdi".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri 1996-97-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolaya Adam Yaponiyaya məğlubiyyətdən (1:4) sonra deyib.

Almaniyalı mütəxəssis məğlubiyyəti komandasının azlıqda qalması ilə əlaqələndirib: "Hakimin qərarını müzakirə etmək istəməsəm də, məncə, həmin epizodda yaponiyalı futbolçu oyundankənar vəziyyətdə idi, lakin bu, qeydə alınmadı. Əvvəlki oyunlarla müqayisədə həm heyətdə, həm də oyun sxemində dəyişiklik etmişdik. Azlıqda qalmağımız planlarımızı pozdu. Qarşıdakı iki oyunda qələbə qazanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Son xəbərlər
topaz banner