"Arsenal"da hücumçu həyəcanı

"Arsenal"da hücumçu həyəcanı
XƏBƏR 8 Yanvar 2014 / 15:31 2685
-  A +

Teo Uolkotun zədələnməsindən sonra "Arsenal" klubu hücum xəttində ciddi sıxıntı yaşayır.

Qol.Az-ın məlumatına görə, London təmsilçisi hücumçu axtarışlarını davam etdirir.

"Topçular" ilk öncə "Real" (Madrid) klubunun gənc hücumçusu Alvaro Morata icarəyə götürmək niyyətindədir. "Kral klubu" ilə razılığa gələ bilməyəcəyi təqdirdə bütün diqqətlər "Porto"nun forvardı Cəkson Martinezə yönələcək. "Arsenal" futbolçu üçün 33,2 milyon avro təzminat dəyərini ödəməyə də hazırdır.

Qeyd edək ki, "Arsenal" klubu Madrid "Atletiko"sunun hücumçusu Dieqo Kosta və "Mançester Siti"nin forvardı Edin Dzeko ilə də yaxından maraqlanır.

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner