İlkay Gündoğan: "Tam hazır deyiləm"

İlkay Gündoğan: "Tam hazır deyiləm"
XƏBƏR 8 Yanvar 2014 / 15:14 1695
-  A +

Ötən həftə komanda ilə məşqlərə başlayan "Borussiya" (Dortmund) klubunun futbolçusu İlkay Gündoğan son durumu haqda danışıb.

Qol.Az-ın məlumatına görə, türk əsilli yarımmüdafiəçi "Bild" qəzetinə açıqlamasında hələ də tam hazır olmadığını deyib:

"Özümü yaxşı hiss etmirəm, ağrılarım davam edir. Belimdəki ağrılar bütün bədənimə yayılıb. Hazırda əsas məqsədim yaşıl meydana tam olaraq hazır dönməkdir".

Qeyd edək ki, İ.Gündoğan avqust ayında Almaniya millisinin Paraqvayla oynadığı matçda zədələnmişdi.

Son xəbərlər
31.05.24  12:58

"Roma"dan gedir