"Ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazanmaq istəyirəm"

"Ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazanmaq istəyirəm"
XƏBƏR 8 Yanvar 2014 / 15:00 1981
-  A +

"Bavariya" klubunun yarımmüdafiəçisi Bastian Şvaynştayger iddialı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, "Goal.com"a danışan almaniyalı futbolçu yenidən Çempionlar Liqasını qazanmaq istədiyini bildirib:

"Mən indiyə kimi heç kəsin qazana bilmədiyi uğuru əldə etmək istəyirəm. Yəni, ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazanmaq arzusundayam. Komanda olaraq 2013-cü ili yüksək səviyyədə keçirdik. Özümə gəlincə isə hazırki durumumdan razıyam. Yaxın vaxtlarda özümü daha da yaxşı hiss edəcəm".

Qeyd edək ki, "Bavariya" Çempionlar Liqasının 1/8 finalında "Arsenal"la qarşılaşacaq.


Son xəbərlər
topaz banner