"Şalke"dən ilk transfer

"Şalke"dən ilk transfer
XƏBƏR 8 Yanvar 2014 / 14:43 2697
-  A +

Almaniyanın "Şalke" klubu mövsümün sonu üçün ilk transferini gerçəkləşdirib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komanda "Bayer" (Leverkuzen) klubunun futbolçusu Sidney Sam ilə müqavilə imzalayıb.

Müqaviləyə əsasən 25 yaşlı hücumçu iyulun 1-dən "Şalke"nin şərəfini qoruyacaq.

Qeyd edək ki, S.Sam 2010-ci ildə "Bayer"ə transfer olunub.


Son xəbərlər
topaz banner