Rüştü Rəcbərin oğlu "Qalatasaray"da

Rüştü Rəcbərin oğlu "Qalatasaray"da
XƏBƏR 8 Yanvar 2014 / 13:40 2559
-  A +

Türkiyə yığmasının keçmiş futbolçusu, uzun illər “Fənərbaxça”da çıxış edən, hazırda milli komandaların koordinatoru olan Rüştü Rəcbərin 6 yaşlı oğlu Məhmət Burak futbola başlayıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, "Qalatasaray"ın aşağı yaş qrupu üzrə komandasına qəbul edilib.

6 yaşlı Burak "Fənərbaxça" azarkeşi olsa da, "Cim-bom"da oynamağı seçib. Səbəb isə "Qalatasaray"ın azyaşlı uşaqlar üçün yaş məhdudiyyətinin daha aşağı olmasıdır.

R.Rəçbərin oğlunun həm hücumçu, həm də qapıçı olaraq oynadığı bildirilib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner