Belçikalı futbolçu rəsmən "Roma"da

Belçikalı futbolçu rəsmən "Roma"da
XƏBƏR 8 Yanvar 2014 / 11:17 2052
-  A +

İtaliyanın "Roma" klubu daha bir futbolçunu heyətinə qatıb.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi "Kalyari"nin futbolçusu Radja Nainqqolanı mövsümün sonuna qədər icarəyə götürüb. Bunun üçün "Roma" belçikalı yarımmüdafiəçinin klubuna 3 milyon avro ödəyib. Əgər "Roma" mövsümün sonunda 3 milyon avro da ödəsə, futbolçunun birdəfəlik ala biləcək.

Qeyd edək ki, 2013-cü ildə "Kalyari"nin şərəfini qoruyan R.Nainqqolan indiyə kimi 100-dən çox matçda iştirak edib.


Son xəbərlər