"Syomin "Rubin"dən konkret təklif almayıb"

"Syomin "Rubin"dən konkret təklif almayıb"
XƏBƏR 8 Yanvar 2014 / 10:15 1554
-  A +

"Qəbələ" futbol klubunun rusiyalı baş məşqçisi Yuri Syominin Kazanın "Rubin" komandasına keçəcəyi ilə bağlı təklif daxil olmayıb.
 
Lent.az-ın "İTAR-TASS"-a istinadən məlumatına görə, bu bəyanatı Y.Syominin təmsilçisi Dmitri Selyuk verib: "Syominə konkret təklif edilməyib".
 
Mənbə xatırladıb ki, dekabrın sonunda Tatarıstan klubunda əsaslı yerdəyişmə edilib.
 
2001-ci ildən komandaya baş məşqçilik edən Qurban Berdıyev istefaya göndərilib, klub prezidentinin müavinliyi ləğv olunub, baş direktor vəzifəsinə Vladimir Leonov təyin edilib.
 
 
Rusiya çempionatında "Rubin" 19 oyundan 24 xalla 11-ci yerdədir

Son xəbərlər
topaz banner