"İnter" Antalyada hazırlığını davam etdirir

"İnter" Antalyada hazırlığını davam etdirir
XƏBƏR 8 Yanvar 2014 / 00:26 1361
-  A +

Türkiyədə təlim-məşq toplanışında olan "İnter" klubu hazırlığın ikinci gününə trenajor zalındakı məşğələlərlə başlayıb.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, daha sonra futbolçular meydançaya yollanaraq digər fiziki hərəkətlər üzərində çalışıblar.

Axşam saatlarında baş tutmuş ikinci məşqdə oyunçular qısa ötürmələr üzərində çalışıb, topla digər hərəkətləri yerinə yetirib və iki komandaya bölünərək futbol oynayıblar.
 
Qeyd edək ki, hazırlıq planına əsasən "İnter" bu gün də iki dəfə məşq edəcək.

 


Son xəbərlər
topaz banner