“Bakı” klubu tərk edənlərin adlarını açıqlayacaq

“Bakı” klubu tərk edənlərin adlarını açıqlayacaq
XƏBƏR 7 Yanvar 2014 / 20:43 2496
-  A +

“Bakı” klubundan göndəriləcək futbolçuların adlarına yanvarın 9-da aydınlıq gələcək. Bu barədə Lent.az-a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.
 
Onun sözlərinə görə, komandanın baş məşqçisi Milinko Pantiç vətəni İspaniyadan döndükdən sonra həmin oyunçuların siyahısını rəhbərliyə təqdim edəcək. Yanvarın 11-də isə “Bakı” İspaniyanın Marbelya şəhərinə təlim-məşq toplantısına yollanacaq.
 
Hazırda “zolaqlılar”ı tərk edəcək futbolçularla bağlı müxtəlif adlar çəkilir. Lakin Seyidov hələ heç kimin göndərilmədiyini və bu məsələnin yalnız baş məşqçinin səlahiyyətində olduğunu açıqlayıb.

Son xəbərlər
topaz banner