Messi qayıdır

Messi qayıdır
XƏBƏR 7 Yanvar 2014 / 20:21 2653
-  A +

Zədə səbəbindən iki ay yaşıl meydanlardan uzaqda qalan "Barselona"nın futbolçusu Lionel Messi sabah yenidən forma geyinəcək.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Kataloniya klubunun baş məşqçisi Xerardo Martinonun ölkə kubokunda "Qetafe" ilə matç üçün açıqladığı 18 nəfərlik heyətdə argentinalı hücumçu da yer alıb.

Onun sabahkı görüşdə start heyətində meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, Messi noyabrın 10-da, La Liqada "Betis"lə keçirilən matçda zədələnmişdi.


Son xəbərlər
topaz banner