"Qızıl top"u Ronaldo qazanacaq

"Qızıl top"u Ronaldo qazanacaq
XƏBƏR 7 Yanvar 2014 / 19:06 3227
-  A +

Hər il dünyanın ən yaxşı futbolçusuna təqdim olunan "Qızıl top" mükafatını bu dəfə "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo qazanacaq.

Qol.Az-ın "Sports.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə portuqaliyalı futbolçunun özünə məlumat verilib.

Daha öncə mükafatlandırma mərasiminə qatılmayacağını dilə gətirən Ronaldo məhz bu səbəbdən qərarını dəyişib. Belə ki, bu il "Qızıl top"un məhz ona təqdim olunacağı ilə bağlı xəbər alan təcrübəli futbolçu mükafatlandırma mərasimində iştirak edəcəyini deyib.

Qeyd edək ki, "Qızıl top" mükafatı uğrunda Ronaldo ilə yanaşı, Lionel Messi və Frank Riberi də mübarizə aparır. 2013-cü ilin ən yaxşı futbolçusunun kimliyinə yanvarın 13-də aydınlıq gələcək.


Son xəbərlər
topaz banner