"Çox məsuliyyətli və çətin mərhələdə olduğumu anlayıram"

"Çox məsuliyyətli və çətin mərhələdə olduğumu anlayıram"
XƏBƏR 7 Yanvar 2014 / 18:39 1965
-  A +

"Əvəzedici komandanın heyətində özümü doğrulmaq üçün hər zaman səylə çalışmışam. Bu səbəbdən əsas komandanın məşqlərinə dəvət alacağıma ümid edirdim və inanırdım bu yaxın vaxtlarda baş tuta bilər. Sevindirici haldır ki, bu arzum reallaşdı".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin Antalyadakı təlim-məşq toplanışına əvəzedici heyətdən qoşulan gənc futbolçu Şirməhəmməd Məmmədov klubun rəsmi saytına açıqlamasında deyib.

Artıq 2 gündür qardaş ölkədə hazırlıq keçən "qırmızı-qaralar"ın əsas heyətiylə məşqlərə çıxan Ş.Məmmədov çalışqanlığı ilə komanda yoldaşlarından geri qalmır. Əvəzedicilər çempionatında müdafiə xəttindəki inamlı oyunu ilə diqqət çəkən Şirməhəmməd Məmmədov əsas komandayla məşqlərə çıxmağın sevindirici və eyni zamanda məsuliyyətli olduğunu söyləyib. Müdafiəçi ona verilən şansı lazımınca dəyərləndirmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib:

"Artıq komanda ilə məşqlərdə iştirak edirəm. Amma çox məsuliyyətli və çətin mərhələdə olduğumu anlayıram. Mənə verilən şansı dəyərləndirmək üçün var gücümlə çalışacağam. İlk məşqdə nisbətən həyəcanlı idim. Amma təcrübəli komanda yoldaşlarım və məşqçilər mənə dəstək olurlar. Bu da meydançada özümü rahat hiss etməyə yardım edir".

Xatırladaq ki, 18 yaşlı futbolçu "Qəbələ" Futbol Akademiyasının yetirməsidir. O, 14 yaşından Qəbələdə futbolun sirlərinə yiyələnir. 15 yaşından etibarən aşağı yaş qrupları üzrə milli komandalara dəvət alan Şirməhəmməd hazırda U-19 yığmasının üzvüdür.

Son xəbərlər
topaz banner